Azərbaycanın hərbi qulluqçusu vəfat edib
Featured

21 Sentyabr 2019

Sentyabrın 20-də gecə saatlarında hərbi hissələrdən birində Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Məmmədov Elyarbəy Beyqalı oğlu naməlum şəraitdə dünyasını dəyişib.

Azərbaycan Müdafiə Nazirliyindən verilən məlumata görə hadisə ilə bağlı hazırda istintaq prosedurları başlanıb.

Müdafiə Nazirliyinin rəhbərliyi vəfat edən hərbi qulluqçunun valideynlərinə və yaxınlarına dərin hüznlə başsağlığı verir!

Top
JoomlaLock.com All4Share.net