Jurnalist Tapdıq Fərhadoğlu polis zorakılğı ilə üzləşib-VİDEO
Featured

23 Sentyabr 2019

Bu gün sentyabrın 23-də səhər saat 10:20-də "Amerikanın səsi" radiosunun əməkdaşı Jurnalist Tapdıq Fərhadoğlu peşə faəliyyəti ilə məşğul olarkən polislər ona zor tətbiq edərək, mane olublar. 

Ağır Cinayətlərə dair İşlər üzrə İdarəsinin qarşısında "Tərtər işi" üzrə mühakimə olunanların valideynlərinin etiraz aksiyasını lentə alarkən polis onu saxlayıb. 

Məlumata görə, bir neçə polis zabiti jurnalistə qarşı güc tətbiq edib, onun əlindən kamerasını və mikrofonunu alıb. Onu Polis İdarəsinə aparıblar və orada telefonunu alıblar.

T.Quliyevə qarşı polis zorakılığı ilə bağlı hadisəni müşahidə edən jurnalist həmkarları DİN mətbuat xidmətinə və jurnalistlərin hüquqlarını müdafiə edən Bakı polisinin Monitorinq qrupuna məlumat veriblər.

Top
JoomlaLock.com All4Share.net