Təxris olunmasına bir həftə qalmışdı...
Featured

23 Sentyabr 2019

DSX-nın əsgəri təxris olunmasına bir həftə qalmış dünyasını dəyişdi.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəlilabad Rayon Şöbəsindən hərbi xidmətə yollanan Nahid Cəmil oğlu Qarayev dünyasını dəyişib. Bu barədə Meydan TV-yə əsgərin yaxınları məlumat veriblər.

Onların sözlərinə görə, Bakının Sabunçu rayonunda yaşamış Nahid Qarayevin tərxis olunmasına 1 həftə qalıbmış. O, Dövlət Sərhəd Xidmətinin Naxçıvandakı N saylı hərbi hissəsində ehtiyatsızlıqdan dünyasını dəyişib. Əsgərin üzərinə hərbi maşının aşdığı deyilir. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəlilabad Rayon Şöbəsindən məlumatı təsdiqləyiblər.

Nahid Qarayevin sentyabrın 20-də dəfn edildiyini bildiriblər.

Son 5 gündə 4 hərbçimizi itirdik; Sənan Afət oğlu Hüseynov 19 sentyabrd xəstəlikdən (Cəlilabad rayonununSöyüdlü kəndi), Elyarbəy Beyqalı oğlu Məmmədov sentyabrın 20-də naməlum səbəbdən (Samux, Sarıqaya kəndindən), sentyabrın 20-də Nahid Cəmil oğlu Qarayev (Sabunçu rayonu) ehtiyatsızlıq səbəbindən, sentyabrın 22-də əsgər Abdulrəhmanov Ramin Şövkət oğlu yolu azaraq düşmənlə üzbəüz mövqelər arasındakı ərazidə ermənilər tərəfindən vurularaq dünyasını dəyişib.

Top
JoomlaLock.com All4Share.net