Ali Məhkəmə vəkil Yalçın İmanovun işinə baxıb
Featured

01 Oktyabr 2019

Ali Məhkəmə Yalçın İmanovun vəkillik fəaliyyətinə xitam verilməsi qərarını qüvvədə saxlayıb

Oktyabrın 1-də Ali Məhkəmə hakim Rahib Nəbizadənin sədrliyi ilə keçirilən prosesdə vəkil Yalçın İmanovun kassasiya şikayətini təmin etməyib. Məhkəmə Vəkillər Kollegiyasının İmanovun vəkillik fəaliyyətinə xitam verilməsi ilə bağlı qərardan şikayətinə baxıb.

Yalçın İmanov bildirib ki, Ali Məhkəmə Gəncə İnzibati-iqtisadi Məhkəməsinin və Gəncə Apellyasiya Məhkəməsinin qərarını qüvvədə saxlayıb.

"Bu ölkə daxilində son məhkəmə çəkişməmdir. Bundan sonra Avropa İnsan Hüquqları Məhkəməsində hüquqlarımı bərpa etməyə çalışacam," o qeyd edib.

2017-ci ilin noyabrın 20-də Vəkillər Kollegiyası Rəyasət Heyəti Penitensiar Xidmət rəhbərliyinin şikayəti əsasında Yalçın İmanovun vəkillik fəaliyyətinə xitam verilməsi üçün məhkəməyə müraciət edib və Yalçın İmanovun vəkillik fəaliyyəti dayandırılıb.

2019-cu il fevralın 22-də Gəncə İnzibati-iqtisadi Məhkəməsi Yalçın İmanovun vəkillik fəaliyyətinə xitam verib. Mayın 17-də Gəncə Apellyasiya Məhkəməsi qərarı qüvvədə saxlayıb.

Yalçın İmanov Vəkillər Kollegiyasının Rəyasət Heyətinin qərarının ləğvi üçün Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə də müraciət edib. Məhkəmə iddiaya baxmayıb. Sumqayıt Apellyasiya Məhkəməsi və Ali Məhkəmə bu qərardadı qüvvədə saxlayıb.(amerikanın səsi)

Top
JoomlaLock.com All4Share.net