Binə ticarət mərkəzi yenə yandı-VİDEO
Featured

08 Oktyabr 2019

Bakı şəhərinin Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən "Binə" ticarət mərkəzində güclü yanğın olub. Baş verən yanğın təxminən 2000-3000 kv.m sahəni əhatə edib.

Vetenugrunda.az-ın verdiyi xəbərə görə, yanğın "Univermaq" adlanan ərazidə - ticarət mərkəzinin paltarlar satılan 3-cü sırasında gecə saatlarında başlayıb və çox böyük ərzaini əhatə edib. Yanğın bütün paltar mağazalarını külə döndərib. 

Hadisə nəticəsində 3 nəfər sahibkarın müxtəlif dərəcəli yanıq xəsarəti aldığı bildirilir.  

Ehtimala görə hadisəyə elektrik naqillərində yaranmış qısaqapanma səbəb olub. Külək isə alovun genişlənməsinə şərait yaradıb. Yanğını söndürmək üçün 30-a yaxın texnika cəlb edilib və yanğın saat 2 radələrində söndürülüb. 

 

Top
JoomlaLock.com All4Share.net