Bakıda süpürgəçini maşın vurub öldürdü
Featured

10 Oktyabr 2019

Hadisə bu gün səhər saatlarında aeroport yolunda, Olimpiya stadionunun yaxınlığında baş verib. Sabunçu rayon Mənzil Kommunal İstismar Sahəsinin əməkdaşı olan süpürgəçi qadın yolu süpürərkən onu maşın vurub.

Xəstəxanadan Səhiyyə Nazirliyinin Mətbuat Xidmətinə verilən məlumata görə, metronun "Koroğlu" stansiyası yaxınlığında piyadanın vurulması ilə nəticələnən yol nəqliyyat hadisəsində xəsarət alan qadın, qəzanı törədən sürücünün avtomobili ilə 3 saylı şəhər xəstəxanasına aparılarkən yolda dünyasını dəyişib.

Top
JoomlaLock.com All4Share.net