Qara kürünü qaşıqlayan İbrahim Nehrəmli və ŞƏHİD faciəmiz-VİDEO
Featured

05 Noyabr 2016

"Avesta" konserninin prezidenti, daim yersiz fikirləri ilə mətbuatın gündəmində olan İbrahim Nehrəmli bu günlərdə verdiyi müsahibəni də danmalı oldu. O, "Ölke.az" saytına verdiyi müsahibədə hətta yas gerinə gedəndə də başdan ayağa “Stefano Ricci” brendindən geyindiyini demişdi: "O günlərdə yasa getmişdim. Başdan ayağa “Stefano Ricci” brendindən geyinmişdim. Hamı mənə baxıb “Hacı İbrahim yenə təəcübləndirdi”.

VETENUGRUNDA.AZ-ın verdiyi xəbərə görə, əhalisinin 70 faizi kasıblıq içində yaşayan ölkəmizin mətbuatında bu ifadələr o qədər müzakirə olundu ki, Nehrəmli bu təpkilərə dözməyib, fikirini geri götürdü və müsahibə vermədiyini bildirdi. Lakin bu dəfə də yalanı üzə çıxdı və adıçəkilən saytın rəhbərliyi müsahibənin lent yazsını saxladığını bildirdi.

Bundan sonra İbrahim Nehrəmli qaş düzəltdiyi yerdə vurub gözünü də çıxarı. O, “Azərbaycanın ilk rəsmi biznesmenlərindənəm. Daxmada yaşayası deyiləm ki? Yaxud, ucuz paltar geyinməyəcəm ki?” deməklə insanları daha da qəzəbləndirdi.

Bu fotolar isə bu ilin aprel ayında şəhid olan evin təkövladı, qəbul imtahanlarında 700 bal toplamış, Azərbaycan Texniki Universitetinin məzunu olmuş, Zəngilan rayonundan məcburi köçkün düşmüş Müşfiq Orucovun yaşadığı evdən  dəhşətli görüntüləri yəqin ki, hələ də gözlərinizin önünüdən getməyib. Ortaya sual çıxır, niyə görə ağıllı, savadlı, bacaraıqlı vətəndaşlarımızı həm səfalət içində yaşamağa, həm də vətəni qorumağa məcbur edən hakimiyyət, sözünün yerini bilməyən İbrahim Nehrəmlillərə 130 milyardlıq layihələri etibar edirlər?

130  milyardlıq iflasa uğramış fantastik “Xəzər adaları” (“Khazar Island”) layihəsinin müəllifi Hacı İbrahim Nehrəmli hazırda banklara 800 milyona qədər borcu var.

Qeyd edək ki, Beynəlxalq Banka olan kredit borclarını ödəmədiyi üçün onu bu il mayın 13-də də “Bandotdel” əməkdaşları tərəfindən saxlanmışdı. Onun ancaq Beynəlxalq Banka 57 milyon dollar borcu var. Hacı İbrahim bank qarşısındakı öhdəliklərini yerinə yetirməyi vəd edəndən sonra mayın 27-də sərbəst buraxılmışdı. Amma bu ölkədə banka cüzi borcu olan onlarla ailənin evi əlindən alınıb, bayıra atılıb. Görəsən, həcc ziyarətindən gələndən sonraadının önünə Hacı titulunu da həkk etdirən və "Hacı olandan sonra içmək günah deyil, sadəcə olaraq içəndə gərək qəmli-qəmli içəsən" deyən İbrahim Nehrəmlini hakmiyyətin qəlbində bu qədər əziz tutan nədir? Bu suala cavab tapmaq üçün hələ on illər gərək olacaq. Çünki bəzi sualların cavabını hətta axtarmaq üçün zamana ehtiyac "LAZIM gəlməlidi".

Aşağıdakı şəkillər isə müəllim ailəsində böyüyən və aprel ayında şəhid olan qaçqın balası Müşfiq Orucovun yaşadığı evdən çəklib.

Bu müsahibəyə diqqətlə baxın. İbrahim Nehrəmli hər suala udquna-udquna cavab verir. Çünki Türkiyə mətbuatında hələ ki, azad fikirli və dərin məntiqi olan qələm sahibləri çoxdur. Əvvəlcədən behini alıb, sonra müsahibə götürən Azərbaycan mediasından fərqli olaraq, İbrahimnehrəmliləri divara diriyəcək qədər güclüdür Türkiyə ziyalısı.
 
İbrahim Nehrəmli bu müsahibəsində hər gün səhər 100 qram konyak içdiyini deyir. Ağız o qədər qızıb ki özünü tərifləməyə hacı olduğu yadından çıxıb.
 
 Bu isə İbrahim Nehrəmlinin qurbanlarından biridir. Onu diqqətlə dinləyin.

 Arzu Abdulla 

VETENUGRUNDA.AZ

Top
JoomlaLock.com All4Share.net