Həşimovlar ailəsi Birinci vitse-prezidentdən imdad gözləyir: Balam ölümlə çarpışır-VİDEO
Featured

16 Oktyabr 2019

Binəqədi Rayonu Biləcəri qəsəbəsi, M.S.Ordubadi küçəsində yaşayan Həşimovlar ailəsinin durumu ilə yaxından tanış olanda çox təəsüflənəcəksiz.

Vetenugrunda.az bu ailənin vəziyyətini azacıq da olsa anladan bir video ilə əziz oxucularını tanış edəcək. Amma videodan kənar qalan xeyli problemlər var.

36 yaşlı Gülər Həşimova ağır dializ xəstəsidir. Onun qaraciyəri funksiyasını itirməkdədir. Hazırda Gülər eyni zamanda qaraciyər serrozundan da əziyyət çəkir. Anası deyir ki, elə bir dövlət qurumu qalmayıb ki, yazıb kömək istəməsin, amma onların bu evin altındakı acı fəryadını duyan olmayıb. Anası dəfələrlə ölkənin Birinci Vitse-Prezidenti Mehriban Əliyevaya kömək məqsədi ilə yazdığını, lakin məktublarının cavabsız qaldığını deyir: "Dəqiq bilirəm ki, yazdığım məktubları Mehriban xanıma çatdırmırlar. Çünki, o, çox mərhəmətli xanımdır. O qədər adamları sağaldıb. Mənim də balamı sağaldar".

Gülər Həşimova birinci qrup əlildir. O, birinci qrup əlillərə verilən aylıq 250 manat müavinətin adicə dərmanlarına çatmadığını deyir. Digər bir problem isə Gülər xanımın 10 yaşlı olu Sahibin təhsildən kənar qalmasıdır. Anası deyir ki, oğlu Biləcəridəki 284 saylı orta məktəbdə təhsil alırmış. Onun diliqüsurlu olduğuna görə məktəbdən uzaqlaşdırıblar. Sinif rəhbəri Sahibin evdə təhsil xidmətindən də kənar qoyub. Gülər Həşimova oğlunun təhsillə təmin olunması üçün təhsil nazirinə media vasitəsilə müraciət etmək istədiyini dedi. 

Ailənin problemləri bununla da bitmir. Ailə başçısı Səxavət Həşimov iki ali təhsil almasına baxmayaraq bu gün fəhlə işləyən oğlunun qazancı ilə dolanır bütün ailə. Çünki Səxavət Həşimovun gözləri "mirvari suyu"ndan tutulub, əməliyyat üçün pulları isə yoxdur.

Ailə ölkə başçısından, onun xanımından və bütün dünyadakı xeyirxah insanlardan kömək istədi. Gəlin birləşək, Həşimovlar ailəsini xilas edək! Gəlin birləşək, bir ailənin sönməkdə olan çırağını yandırmaq üçün. Gəlin birləşək, vətəndaşlarımızı xilas etmək üçün!

Aşağıda Gülər Həşimovaya kömək etmək istəyən insanların işini asanlaşdırmaq üçün hesab kartının şəklini paylaşırıq! Əl sizdən, şəfa Allahdan. Bu ailəyə biganə qalmayaq. Sahibi ana kimi şirin nemətdən məhrum olmağa qoymayaq!

Gülər Həşimovanın əlaqə nömrəsini paylaşırıq. Kimsə yardım etmək istəsə əlaqə saxlaya bilər. Unutmayın, bəzən bir kəlmə xoş söz, xoş bir diqqət də insanın mübarizə əzmini gücləndirir.

Gülər Həşimova: +994 070-226-00-84 

Anası Zəmanət xanım: +994 0708398421

Top
JoomlaLock.com All4Share.net