19 oktyabr mitinqinə görə həbs edilənlərin SİYAHISI
Featured

21 Oktyabr 2019

Vetenugrunda.az Milli Şuranın 19 oktyabrda təşkil etdiyi ümumixalq mitinqi öncəsi və mitinqdə həbs edilənlərin siyahısını təqdim edir:

1. Zamin Salayev - AXCP Salyan şöbəsi, 08.10.2019, Nərimanov rayon məhkəməsi, İXM-nin 535.1 maddəsi, 15 sutka

2. Elxan Əliyev - AXCP Binəqədi şöbəsi, 08.10.2019, Nərimanov rayon məhkəməsi, İXM-nin 535.1 maddəsi, 15 sutka

3. Tofiq Məmmədov - AXCP Nəsimi şöbəsi, 11.10.2019, Yasamal rayon məhkəməsi, İXM-nin 510 maddəsi, 10 sutka

4. Əliağa Məmmədov (Əli İmanhanlı) - AXCP Nəsimi şöbəsi, 14.10.2019, Nəsimi rayon məhkəməsi, İXM-nin 535.1 maddəsi - 30 sutka

5. Saqif Qurbanov - AXCP Rəyasət Heyətinin üzvü, 14.10.2019, Səbail rayon məhkəməsi, İXM-nin 535.1 maddəsi - 30 sutka

6. Nicat Nizamov - AXCP Suraxanı şöbəsi, 15.10.2019, Suraxanı rayon məhkəməsi, İXM-nin 535.1 maddəsi - 15 sutka

7. Murad Sultanov - AXCP MNTK üzvü, 15.10. 2019 tarixdə Yasamal rayonu ərazisində yaşadığı binanın qarşısından polis tərəfindən həbs edilib naməlum istiqamətə aparılıb, bir neçə saatdan sonra məlum olub ki, Binəqədi təcridxanasındadır və inzibati cəza alıb.

Neçə sutka verildiyi də 3 gün ərzində məlum deyildi. Yalnız 18.10 tarixdə məlum olub ki, 15 sutka inzibati cəza verilib.

8. Yalçın Abdullayev - AXCP Binəqədi şöbəsinin sədr müavini, 15.10 tarixdə evindən Binəqədi rayon 4-cü polis bölməsinə aparılıb, Binəqədi rayon məhkəməsinin qərarı ilə 15 sutka inzibati cəza verilib.

9. İlham Hüseyn - AXCP Rəyasət Heyətinin üzvü, 16.10 tarixdə səhər saatlarında evinin qabağında polis tərəfindən saxlanılıb naməlum istiqamətə aparılıb. Axşam saatlarında ailəsinə özü zəng edib bildirib ki, Binəqədi təcridxanasındadır və Sabunçu rayon məhkəməsinin qərarı ilə 60 sutka inzibati cəza verilib.

10. Seymur Həzi - AXCP sədrinin müavini, 17.10 saat 12.30 radələrində küçədə saxlanılıb naməlum istiqamətə aparılıb. Ailə üzvləri gün ərzində yaxındakı polis bölmələrinə müraciət edib və DİN-in 102 xidmətinə zəng etsə də gün ərzində yerini öyrənmək mümkün olmayıb. Gecə gec saatlarda 102 xidmətindən ailəsinə zəng edib məlumat veriblər ki, S.Həziyə Xətai rayon məhkəməsinin qərarı ilə 15 sutka inzibati cəza verilib.

11. Əliqulu Qəhrəmanov - AXCP Sabirabad şöbəsi, 17.10 tarixdə Sabirabad rayon polis idarəsi tərəfindən saxlanılıb, eyni tarixdə Sabirabad rayon məhkəməsinin qərarı ilə İXM-nin 535.1 maddəsi - 5 sutka

12. Şaiq Ələkbərov - AXCP Sabirabad şöbəsi, 17.10 tarixdə Sabirabad rayon polis idarəsi tərəfindən yolda maşını ilə bərabər saxlanılıb, eyni tarixdə Sabirabad rayon məhkəməsinin qərarı ilə İXM-nin 535.1 maddəsi - 5 sutka

13. Emil Səlimov - AXCP GK-nin sədri, 18.10 tarixdə günorta saatlarından onunla əlaqə kəsilib, telefonuna zəng çatmayıb , ailə üzvlərinin harda olması ilə bağlı məlumatı olmayıb. 19.10 tarixdə səhər məlum olub ki, ona 30 sutka inzibati cəza verilib.

14. Cabbar Savalanlı - AXCP Sumqayıt şöbəsindən partiyanın Ali Məclis üzvü, 19 oktayabrda həbs olunub, Nəsimi rayon məhkəməsinin qərarı ilə 20 sutka inzibati cəza verilib.

15. Ramid Nağıyev - AXCP Binəqədi şöbəsi, 18.10 tarixdə saat 14.30 radələrində iş yerindən 7-8 nəfər polis tərəfindən naməlum istiqamətə aparılıb. Xətai rayon məhkəməsinin qərarı ilə 20 sutka inzibati cəza verilib.

16. Bəxtiyar Yusubov - AXCP Gəncə şöbəsi, 19.10 tarixdə saxlanıb, 20.10 tarixdə Səbail rayon məhkəməsinin qərarı ilə 15 sutka inzibati cəza verilib.

17. Abdulla Mahmudov - AXCP Sabunçu şöbəsi, 18.10 tarixdə həbs olunub, Sabunçu rayon məhkəməsinin qərarı ilə 30 sutka inzibati cəza verilib.

18. Orxan Səlimzadə - AXCP Nəsimi şöbəsi, 18.10 tarixdə həbs olunub, 15 sutka inzibati cəza verilib.

19. Nicat Abdullayev - AXCP Ali Məclis üzvü, 19.10 tarixdə saxlanıb, 20.10 tarixdə Səbail rayon məhkəməsinin qərarı ilə - 10 sutka

20. Sübhi Həsənov - AXCP Saatlı şöbəsi, 17.10 tarixdə həbs olunub, Saatlı rayon məhkəməsinin qərarı ilə 10 sutka inzibati cəza verilib.

21. Abış Astanov - AXCP Saatlı şöbəsi, 19.10 tarixdə həbs olunub, Saatlı rayon məhkəməsinin qərarı ilə 10 sutka inzibati cəza verilib.

22. İdrak Şirəliyev - AXCP Hacıqabul şöbəsi, 19. 10 tarixdə həbs olunub, Hacıqabul rayon məhkəməsinin qərarı ilə 10 sutka inzibati cəza verilib.

23. Əlzamin Həsənov - AXCP Hacıqabul şöbəsi, 19. 10 tarixdə həbs olunub, Hacıqabul rayon məhkəməsinin qərarı ilə 10 sutka inzibati cəza verilib.

24. Baba Süleymanov - AXCP Nəsimi şöbəsi, 19.10 tarixdə saxlanıb, 20.10 tarixdə Səbail rayon məhkəməsinin qərarı ilə 30 sutka

25. Rəşad Qədirov - AXCP Şirvan şöbəsinin sədri, 19.10 tarixdə həbs olunub - 15 sutka

26. Rəşad Həsənov - AXCP Şirvan şöbəsindən partiyanın Ali Məclis üzvü, 19.10 tarixdə həbs olunub -15 sutka

27. Natiq Əfəndiyev - AXCP Yevlax şöbəsi, 19.10 tarixdə Yevlax rayon polisi tərəfindən həbs olunub, Yevlax rayon məhkəməsinin qərarı ilə 10 sutka inzibati cəza verilib.

28. Tofiq Yaqublu - Milli Şura Koordinasiya Mərkəzinin üzvü, 19.10 tarixdə həbs olunub- 30 sutka

29. Rüfət Səfərov - keçmiş siyasi məhbus, 19.10 tarixdə həbs olunub, 30 sutka

Top
JoomlaLock.com All4Share.net