Şahin Mustafayev baş nazirin müavini təyin edildi
Featured

22 Oktyabr 2019

Prezident İlham Əliyev Şahin Mustafayevin Azərbaycan Respublikasının İqtisadiyyat naziri vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd edilir ki, Şahin Abdulla oğlu Mustafayev Azərbaycan Respublikasının İqtisadiyyat naziri vəzifəsindən azad edilsin.

Prezident digər sərəncamı ilə Şahin Mustafayevi Azərbaycan Respublikası Baş Nazirinin müavini vəzifəsinə təyin edib.

Qeyd edək ki, 21 oktyabr tarixində baş nazirin iki müavini -Əli Həsənov və Hacıbala Abutalıbov vəzifələrindən azad edilib.

Top
JoomlaLock.com All4Share.net