Azərbaycan ordusu 19 yaşlı əsgərini itirib
Featured

24 Oktyabr 2019

Horadizdə yerləşən N saylı hərbi hissənin əsgəri 19 yaşlı Həsən İbrahim oğlu Bədəlov həlak olub. Bu barədə Meydan TV-yə onun yaxınları məlumat veriblər. İlkin məlumata görə, əsgər silahla ehtiyatsız davranması nəticəsində aldığı güllə yarasından həyatını itirib.

Bir il öncə hərbi xidmətə gedən Həsən Bədəlov oktyabrın 22-də doğulduğu Neftçala şəhərində torpağa tapşırılıb. Məlumatı həmin bölgədə yaşayan ictimia fəal Emil Məmmədov da öz "Facebook" hesabında paylaşıb.

Onun sözlərinə görə, əsgərin atası hərbi qulluqdan ehtiyata buraxılmış polkovnik-leytenantdır. Məsələ ilə bağlı Müdafiə Nazirliyi hər hansı məlumat yaymayıb.

Top
JoomlaLock.com All4Share.net