81 yaşlı icra başçısı istefa verdi
Featured

31 Oktyabr 2019

Xaçmazın 81 yaşlı icra başçısı Şəmsəddin Xanbabayev istefa verib

Şəmsəddin Xanbabayev 1939-cu il aprelin 1-də Naxçıvan MR-nın Ordubad rayonunun Aşağı Əndəmic kəndində anadan olub. Orta təhsilini doğulduğu kənddə alıb. 1959-cu ildə Azərbaycan Kommunal və Tikinti Texnikumunu bitirib. 1964-1969-cu illərdə Azərbaycan Politexnik İnstitutunda təhsilini davam etdirib. 

Əmək fəaliyyətinə 1963-cü ildə Bakı şəhərindəki Ağac Emalı Kombinatında başlayıb. 1965-ci ilədək II dərəcəli dəzgahçı, yığma sexinin ustası işləyib. İki il Abşeron Rayon Kommunal Təsərrüfatı şöbəsində mühəndis olub. 1967-ci ildən Abşeron Rayon Təmir-tikinti idarəsində iş icraçısı, baş mühəndis, 1968-ci ildən həmin idarənin rəisi, 1976-cı ildən Naxçıvan MR Kommunal Təsərrüfatı nazirinin müavini, 1977-ci ildən Ordubad Rayon İcraiyyə Komitəsinin sədri, 1980-cı ildən Ordubad Rayon Partiya Komitəsinin birinci katibi, 1983-cü ildən Naxçıvan Şəhər Partiya Komitəsinin birinci katibi, 1990-1992-ci illərdə Naxçıvan MR Dövlət Plan Komitəsinin sədri, Naxçıvan MR Baş nazirinin müavini, 1992-ci ildən Naxçıvan Muxtar Respublikasının Baş naziri, 2000-2004-cü illərdə isə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini vəzifələrində çalışıb.

Azərbaycan Respublikası Prezidentinin 23 oktyabr 2004-cü il tarixli Sərəncamı ilə Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib.

30 mart 2009-cu ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Şöhrət" ordeni, 04 aprel 2014-cü il tarixli sərəncamı ilə "Şərəf" ordeni ilə təltif olunub. Şəmsəddin Hüseynqulu oğlu Xanbabayevi 80 illik yubileyi ilə əlaqədar "Dədə Qorqud" Milli Fondu və "Azərbaycan Dünyası" Beynəlxalq Jurnalının Ağsaqqallar Şurası onu "Ulu Türk" ordeni ilə təltif edib.

Ailəlidir, iki övladı var. Şəmsəddin Xanbabayevin oğlu Samir Xanbabayev 2014-cü ildən Binəqədidə mühafizə polisinin rəisi vəzifəsində çalışır.

MTU5N2MyYzgyMzdkNWM_1

Samir Xanbabayev

Top
JoomlaLock.com All4Share.net