Oqtay Gülalıyev Türkiyəyə aparıldı-VİDEO
Featured

06 Noyabr 2019

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın tapşırığı ilə Heydər Əliyev Fondu hüquq müdafiəçisi Oqtay Gülalıyevin müalicəsi ilə bağlı məsələlərin həllini üzərinə götürüb. Fond O.Gülalılyevin müalicəsinə yardım məqsədilə Türkiyədən mütəxəssislər dəvət edib. Türkiyədən gələn mütəxəssislər O.Gülalıyevi Bakıdakı Respublika Neyrocərrahiyyə Xəstəxanasında müayinə ediblər.

Vetenugrunda.az-ın verdiyi xəbərə görə, hüquq müdafiəçisi Oqtay Gülalıyevin həyat yoldaşı Firuzə Gülalıyeva Heydər Əliyev Fonduna təşəkkür edib:

"Hazırda Oqtay Gülalıyevin vəziyyəti kritik ağır olaraq qalır. İkinci dərəcəli koma vəziyyətindədir. Heydər Əliyev Fondu bizim istəyimizi nəzərə alaraq Oqtay Gülalıyevin Türkiyədə müalicəsinin davam etdirilməsinə və ona yardım üçün dəstək oldu. Buna görə çox sağ olsunlar"

O.Gülalıyev Heydər Əliyev Fondunun ayırdığı xüsusi ambulans təyyarə ilə Türkiyəyə aparılıb. Onun müalicəsi Türkiyədəki Avrasiya kliniaksında davam etdiriləcək. 

YADDAŞ

Oktyabrın 29-u saat 17:20 radələrində paytaxtın Nəsimi rayonu ərazisində - 28 May küçəsi ilə Puşkin küçələrinin kəsişməsində taksi fəaliyyəti ilə məşğul olan sürücü Kənan Abdullayevin idarə etdiyi "Hyunadi Accent" markalı avtomobillə piyada zolağından keçən piyada, Bakı şəhər sakini Oktay Güləliyev vurulub. Bu barədə DİN-dən məlumat daxil olub.

Sürücü qəza nəticəsində xəsarət almış piyadanı öz avtomobili ilə Kliniki Tibbi Mərkəzə ("Semaşko") çatdırıb. İlkin tibbi yardım göstərilsə də, onu tomoqrafiya olunması 5 saat gecikdirilib. Qəzadan bir gün sonra O.Güləliyev oradan "City Hospital"a köçürülüb və qırılmış kəllə sümüyü götürülüb, qansızma dayandırılıb. Əməliyyatdan iki gün sonra O. Güləliyev Respublika Neyrocərrahiyyə Xəstəxanasına köçürülüb.

Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən hadisə yerinə və nəqliyyat vasitəsinə baxışlar keçirilmiş, sürücü K.Abdullayevinizahatı alınıb, sərxoşluq və narkoloji müayinələrdən keçirilib.

Top
JoomlaLock.com All4Share.net