"Vəhdətimiz xilasımızdır" adlı konfrans keçirilib-VİDEO

18 Noyabr 2019

Qarabağın Azadlığı Uğrunda İslami Müqavimət Hərəkatı (QAUİMH) İslam dünyasının müqəddəs bayramı – Məhəmməd Peyğəmbərin (s) mövluduna həsr olunmuş kobfrans keçirib. “Vəhdətimiz Xilasımızdır” adlı konfransda ilahiyyatçılar, siyasi -ictmia fəallar, hüquq müdafiəçiləri, media təmsilçiləri iştirak edib.

Vetenugrunda.az-ın verdiyi xəbərə görə, tədbir Quran tilavəti ilə başlayıb. Tədbirin təşkilatçısı QAUİMH sədri, Qarabağ qazisi Rövşən Əhmədli qonaqları salamlayıb və vəhdətin önəmindən danışıb.

Tanınmış ilahiyyatçı Araz Mehralı Şiyəkaranlı çıxışı zamanı islamın təməl prinsiplərindən olan ədalətin vacbliyini vurğulayıb və bildirib ki, zalımın zülmünə susmaq ona şərik olmaq qədər böyük günahdır. O, ədalət prinsipinin ülviyyətini həm islam Peyğımbərinin, həm imamlarımızın həyatlarında baş verən olaylarla diqqətə çatdırıb.

Azərbaycan İslam Partiyasının Qadınlar Şurasının sədri, Əsgər Analarına Dəstək İctimai Birliyinin rəhbəri, ilahiyyatçı Növrəstə İbrahimova islamda vəhdətin əsasınında dayanan ədalətin bərpasından danışıb və bildirib ki, ətrafda baş verən ədalətsizliyə susanlar heç vaxt vəhdətin dadını anlamaycaqlar.

Araşdırmaçı jurnalist Qurban Cəbrayıl da bu gün islam aləmində hər şeydən çox vəhdətə yaranan ehtiyacdan danışıb.

Daha sonra “Fatimə” jurnalının redaktoru Rüqayyə Aslan, ictimai fəal Elnarə Eldar çıxış ediblər.

Top
JoomlaLock.com All4Share.net