Oktay Güləliyev yenidən əməliyyat olundu
Featured

20 Noyabr 2019

Hüquq müdafiəçisi Oktay Gülalıyev İstanbulun "Amerika Xəstəxanası"na köçürülüb. 

"Noyabrın 19-da günün ikinci yarısında komada olan hüquq müdafiəçisi Oqtay Gülalıyev İstanbulun "Amerika Xəstəxanası"na köçürülüb. Bu barədə hüquq müdafiəçisnin həyat yoldaşı Firuzə Gülalıyeva bildirib.

Onun sözlərinə görə, Heydər Əliyev Fondu bu klinikada 20 günlük müalicə xərcini ödəyib.

Yaxınlarının verdiyi xəbərə görə, o, bu gün (20 noyabr) əməliyyat edilib, beyindən ödəmi təmizləyiblər və bundan sonra yığılan ödəm axsın deyə "trubka" qoyulub. Həkimlər xəstənin komadan çıxması üçün müalicənin davam etdiriləcəyini desələr də, hələ ki, ümidverici bir şey yoxdur".

Qeyd edək ki, Oktay Güləliyev Türkiyənin "Avrasiya" kilinkasında müalicə alırdı. Ailəsinin istəyi ilə onu bu xəstəxanadan köçürülüb.

Top
JoomlaLock.com All4Share.net