Dünyada ilk narko-sualtı gəmi ələ keçdi

27 Noyabr 2019

İspaniya polisi Atlantik okeanında dünyada ilk narko-sualtı gəmisini ələ keçirib.

Bu barədə "Daily Mail" xəbər verib. Hüquq-mühafizə orqanlarının hesablamalarına görə, 65 futluq gəmidə 121 milyon dollardan artıq dəyərləndirilən üç ton kokain müsadirə olunub.

Bildirilir ki, əməliyyat ölkənin Qalisi şəhərinin şimal-qərb sahilində həyata keçirilib. Polisləri gördükdən sonra gəmini batırmağa cəhd edən üç heyətdən ikisi artıq həbs olunub. Digər şəxs axtarışdadır.

İstintaqa yaxın olan mənbədən agentliyə bildirilib ki, bu yükün arxasında "böyük adamların" durduğu ehtimal edilir, çünki təkcə sualtı gəminin özü 2,7 milyon dollar dəyərindədir. İspan polisi narkotik dövriyyəsi üçün sualtı gəminin istifadəsinə ilk dəfə şahid olduqlarını vurğulayıblar. Gəmi noyabrın 15-dən etibarən izlənmədə olub.(virtualaz)

Top
JoomlaLock.com All4Share.net