Siyavuş Novruzovun Ombudsman xanımı and içdi ki...
Featured

29 Noyabr 2019

82 yaşlı sabiq Ombudsman Elmira Süleymanovanın istefasından sonra Milli Məclisdə onun yerinə seçkilər keçirilib. 104 deputatın lehinə səs verdiyi Ombudsman Səbinə Əliyeva bu gün Milli Məclisdəöz vəzifəsini şərəf və ləyaqətlə yerinə yetirəcəyinə and içib:

"Əsası ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyevin daha da təkmilləşdirdiyi insan hüquqlarının təmin edilməsi sisteminin fəaliyyətinə töhfə verilməsi, bununla da cəmiyyətimizdə gedən hərtərəfli inkişaf prosesinin dəstəklənməsi üçün səylərimi əsirgəməyəcəm".

Yeni Ombudsman bildirib ki, vətəndaşların, əhalinin müxtəlif qruplarının, o cümlədən, yetkinlik yaşına çatmayanların, əlillərin və digər zəif qrupların hüquq və azadlıqlarının səmərəli qaydada təmin edilməsi Ombudsman işinin prioritet istiqaməti olaraq qalmaqdadır:

"Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində soydaşlarımızın kütləvi şəkildə pozulmuş hüquqlarının müdafiəsi, işğal nəticəsində ölkəmizin tarixi və mədəni sərvətlərinin dağıdılması faktlarının dünya ictimaiyyətinə çatdırılması, pozulmuş insan hüququ və azadlılarının bərpası bu işin mühüm tərkib hissələrindəndir".

Top
JoomlaLock.com All4Share.net