Əli Həsənov vəzifəsindən azad edilib (RƏSMİ)

29 Noyabr 2019

Prezident İlham Əliyev Əli Həsənovun Azərbaycan Respublikası Prezidentinin ictimai siyasi məsələlər üzrə köməkçisi - şöbə müdiri vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, Əli Məhəmmədəli oğlu Həsənov Azərbaycan Respublikası Prezidentinin ictimai siyasi məsələlər üzrə köməkçisi - şöbə müdiri vəzifəsindən azad edilib.

Top
JoomlaLock.com All4Share.net