RİƏK siyasi məhbus siyahısını yeniləyəcək
Featured

03 Dekabr 2019

Bu gün (3 dekabr) Repressiya və İşgəncələr Əleyhinə Komitənin (RİƏK) növbəti toplantısı keçirildi.
Vetenugrunda.az-ın verdiyi xəbərə görə, toplantıda ilk olaraq qurumun kordinatoru hüquq müdafiəçisi Oktay Güləliyevin səhhəti ilə baglı yeni məlumatlara münasibət bildirildi. Daha sonra qurumun qarşıdakı vacib görüləsi işləri planlaşdırıldı. Əsasən son məhkəmə proseslərində Evrovision,Nardaran, Tərtər, Gəncə işi və Milli Şuranın təyin etdiyi mitinqlərdə repressiya və işgəncələrə məruz qalmış insanların hüquqlarının müdafiəsi haqqında məlumatlar müzakirə olundu. Müzakirə edilən məsələlərlə bağlı müvafiq qərarlar qəbul olundu. 

Eyni zamanda siyasi məhbus siyahısının yenilənməsi üzrə işin tamamlanması qərara alındı.
Tərtər işi ilə bağlı əldə olunan məlumatların toplanıb sənəd halına salınması, sənədləşdirilməsi və hesabat şəklində təqdim olunmasına qərar verildi.

Tərtər hadisələri zamanı öldürülən, işgəncəyə məruz qoyulan və həbsə məhkum edilənlərin valideyinləri, yaxınları ilə görüş oldu. Valideyinlərlə görüləcək birgə işlərin istiqamətləri müəyyənləşdirilərək müvafiq qərarlar qəbul olubdu.

Top
JoomlaLock.com All4Share.net