''Diktaturaya yox!'' yazan iki gənc həbs edildi
Featured

07 Noyabr 2016

Gəncədə həbs edilən gənclər Heydər Əliyev parkına şüar yazmaqda günahlandırılırlar

Noyabrın 5-də gecə saatlarında Gəncədə gənc fəallar Tapdıq Məmmədov və Elmir Təhmin həbs ediliblər. Bu barədə məlumatı jurnalist Ülviyyə Əli fəalların yaxınlarına istinadən öz "Facebook" səhifəsində yayıb. Onun sözlərinə görə, gənclər 30 sutka inzibati həbs cəzası alıblar. Məlumata görə, onların həbsinə səbəb Yeni Gəncə qəsəbəsində yerləşən Heydər Əliyev parkına "Diktaturaya yox!" və s. şüarlar yazmaqlarıdır.

Ülviyyə Əlinin yazdığına görə, gecə ilə bütün yazılar silinib, gənclərə polis şöbəsində işgəncə verilib.
DİN məsələ ilə bağlı açıqlama vermir.

 

Top
JoomlaLock.com All4Share.net