RİƏK beynəlxalq hüquq-müdafiə təşkilatlarına çağırış etdi
Featured

06 Dekabr 2019

"Repressiya və İşgəncələrə Əleyhinə Komitə" Oktay Gülalıyevin sağlıq durumu ilə əlaqədar beynəlxalq hüquq-müdafiə təşkilatlarına üç dildə (Azərbaycan, ingilis, rus dillərində) çağırış edib.

Çağırışın mətnini diqqətinizə təqdim edirik:

"Repressiya və İşgəncələr Əleyhinə Azərbaycan Komitəsinin koordinatoru Oktay Gülalıyevin sızın köməyinizə ehtiyacı var. 2019-cu il oktyabrın 29-da komitənin iclasından qayıdarkən yolda onu maşınla vurublar. O aldığı travmadan komaya düşüb. Təəssüf ki, vaxtında tibbi yardım göstərilmədiyi üçün vəziyyəti kritikləşib və hazırda durumu ağırdır.

İstanbuldakı Amerikan xəstəxanasının həkimləri onun həyatı üçün mübarizə aparırlar. Bir aydan çoxdur ki, müalicəyə vəsait ayıran Heydər Əliyev Fondunun maliyyə dəstəyi sayəsində tibbi yardım göstərilir.

Lakin dekabrın 10-dan Fond Türkiyədə müalicənin maliyyələşdirilməsini dayandırır və müalicənin Azərbaycanda davam etdirilməsini təklif edir.

Azərbaycanda bu müalicənin effektli ola biləcəyinə əmin deyilik. İxtisaslı müalicəni davam etdirmək üçün vəsait və beyin travması sahəsində aparıcı mütəxəssislərin məsləhəti lazımdır.

Sizə müraciət edərək Oqtay Gülalıyevin müalicəsinin davam etməsi və həyatını xilas etmək üçün səyləri dəstəkləməyə çağırırıq.

Sizin hüquq-müdafiə həmrəyliyinizə ümid edirik.

Repressiya və İşgəncələr Əleyhinə Azərbaycan Komitəsi

Bakı, 04.12.2019"

Top
JoomlaLock.com All4Share.net