Bakıda yarıçılpaq bıçaqlı şəxslər insanlara hücum etdi -VIDEO
Featured

13 Dekabr 2019

Səbail rayonunda bıçaqlı 2 nəfər insanlara hücum edib

Hadisə Nizami küçəsində baş verib. Belə ki, 2 nəfər yarıçılpaq vəziyyətdə əvvəlcə insanları təhdid edib. Onlar daha sonra əllərindəki bıçaqla ətrafdakılara hücum etməyə cəhd göstəriblər.

Əraziyə Səbail Rayon Polis İdarəsinin əməkdaşları cəlb olunub. 2 nəfər onları sakitləşdirməyə çalışan asayiş keşiçkilərinə də hücum etmək istəyib. Bu zaman xuliqanlar bıçaqla özlərinə xəsarət yetiriblər.

Polis əməkdaşları həmin şəxsləri saxlayıb.

Faktla bağlı Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsində araşdırma aparılır.(apa)

Top
JoomlaLock.com All4Share.net