Deputatlara xidməti maşınla bağlı QADAĞA

07 Noyabr 2016

Deputatlar xidməti maşınla paytaxtdan 50 km məsafədən uzağa gedə bilməyəcəklər.

Bu qadağa Rusiya Dövlət Dumasının deputatlarına tətbiq edilib.

Qanunverici orqandan yerli mətbuata verilən məlumata görə, bu barədə reqlamentdə və ya federal qanunlarda heç bir maddə olmasa da, qadağa artıq qüvvədədir.

Dumanın İqtisadi siyasət komissiyasının sədri Yevgeni Fedorov qadağanın qənaət məqsədi daşıdığını deyib. Bundan başqa belə hesab edilir ki, yeni qadağa qanunverici orqan daxilində nizam-intizamı artırmağa xidmət edəcək. Xatırladaq ki, bundan əvvəl Dumada deputatların başqasının yerinə səs verməsi qadağan olunmuşdu.(cebheinfo)

Top
JoomlaLock.com All4Share.net