Haqqın zəfəri
Featured

14 Dekabr 2019

Müsəlman Birliyi Hərəkatının sədr müavini Elçin Qasımlı sosial şəbəkədə Müsəlman Birliyi Hərəkatının fəaliyyəti haqqında yazıb:

"MBH adından: Haqqın zəfəri

Fəaliyyətimizin ilk addımlarından həqiqətin neçə məşəqqət müqabilində əldə olunacağını bilirdik. Buna görə də beş il öncə hərəkatımız milli məfkurədə ümmətçilik prinsipini rəhbər tutaraq ayağa qalxdı.

Biz qisa zaman kəsiyində yaransaq da keşməkeşli və məhrumiyyətlərimiz az olmadı. Hər bir işi öz adı və öz rəngi ilə çağıran hərəkat bunun üçün hələ də təzyiqlərlə üzləşməkdədir.

Üçüncü dəfə həbsə salınan hərəkat rəhbəri Tale Bağırzadə başda olmaqla bu gün əksəriyyətinin böhtanlar səbəbindən şərlənən idarə heyəti və bir çox hərəkat üzvülərinin həps, təzyiq, işgəncə və nəhayət şəhadəti heç kəs üçün gizlin deyildir.

Biz bütün bu çətinliklərin ağırlığını çiyinlərimizdə tam mənada dərk edərək meydanlara qədəm qoyduğumuzdan bu şərəfli yükün qürurla gəzdirilməsinə də hazır idik. Beş illik fəaliyyətimiz boyunca biz həbs və işgəncələr altında, təzyiq və təqiblərə ramən yolumuzdan bir an olsun dönmədik.

Allahın yardımı bizi ayaqda saxlarkən həqiq dostların dəstəyi ən çətin günlərdə bizimlə oldu. Həbs günümüzə qədər yanımızda olan doslarımız işgəncələr zamanı da bizləri tək qoymadılar. Məhkəmələr müddətində ədalətsiz qərarların həqiqətini bəşəriyyətə yetirib onların bizə terrorçu möhürünü vurmaq istəklərini gözlərində qoydular.

Biz bu gün də ölümlə çarpışan dəyərli hüquq müdafiəçisi Oktay Gülalıyevin, mühacirət həyatı yaşıyan hüquq müdafiəçisi Leyla xanım Yunusun, vəkillik fəaliyyətinə məhz hərəkatı müdafiə etdiyi üçün xitam verilən Yalçın İmanov və sairlərin böyük zəhmətlərini unutmamışıq. Minnətdar olduğumuz bu şəxslərin ciddi cəhdi bizim terrorçu deyil, islahatçı bir hərəkat olmamızı hər kəsə bəyan etdi.

Bəziləri Müsəlman Birliyi Hərəkatının bir daha ayağa qalxacağına ümid etmədiyi halda biz sizlərin dua, dəstək və sevginizlə yenə siznləyik. Və varlığımızdan ümidsiz olan doslara, haqqımızda mətbuatda, məscid mənbərlərində, cümləsi xoş görünəcək ağalarının yanında ünvanımıza hər cür pislik söyləyənləri mütəəssir edərək ayaqda, hələ bir çox dəyərli uğurlara imza atmaq əzmində olduğumuzu bildirirk.

Biz gələcəyə daha mətin addımlarla addımlamaq üçün dostlara birlik çağrışı, haqq düşmənlərinə isə barışmaz mövqeyimizlə sinə gəlmək qüdrətimizi qürurla elan edirik. Hələ çox illəri sizinlə zirvələr fəth edəcək Müsəlman Birliyi Hərəkatı. Birlikdə gələcəyi qurmaq əzmi ilə".

Top
JoomlaLock.com All4Share.net