Bülent Kahyaoğlu: "Oktay Güləliyev komadan ayıla bilər"
Featured

19 Dekabr 2019

Hazırda Türkiyədəki Amerika xəstəxanasında müalicə alan hüquq müdafiəçisi Oktay Güləliyevin səhhətində irəliləyiş müşahidə edilir.

Vetenugrunda.az-ın verdiyi xəbərə görə, bu barədə onun oğlu Təbriz Güləliyev sosial şəbəkədə məlumat paylaşıb. O, bildirib ki, Türkiyənin neyroonkologiya sahəsi üzrə tanınmış alimi, doktor Bülent Kahyaoğlu atasına baş çəkib və onun komadan ayılma ehtimalının gerçəkləşəcəyinin mümkünlüyünü bildirib:  

"Bu gün atam Oktay Gülalıyevin EEG müayinəsi üçün həkimBülent Kahyaoğlu gəlib. Onun bildirdiklərinə görə atamın komadan ayılma ehtimalı çoxdur. Amma təəssüflə bildirib ki, baş nahiyyəsində zərbə ağır olduğuna görə və az da olsa "ödəm" qaldığı üçün zamana ehtiyacımız var.

Çəkilən şəkildə göründüyü kimi atam sağ gözünü az da olsa açmaq istəyib".

Təbriz Gülalıyev adlı şəxsin şəkli.

Amerika Xəstəxanasının neyroloji bölümünün uzmanı Bülent Kahyaoğlu Amerika Nevrologiya Akademiyasının və Avropa Nevroloji Cəmiyyətləri Federasiyasının üzvüdür. Dünyaca ünlü neyroonkoloq alimdir.

 

Dr. Bülent Kahyaoğlu

Xatırladaq ki, hüquq müdafiəçisi, Repressiya və İşgəncələr Əleyhinə Komitənin kordinatoru Oktay Güləliyevoktyabrın 29-da piyada zolağında yolu keçərkən avtomobillə vurulub. Bu barədə DİN-in verdiyi açıqlamada deyilir: "Oktyabrın 29-da saat 17:20 radələrində paytaxtın Nəsimi rayonu ərazisində - 28 May küçəsi ilə Puşkin küçələrinin kəsişməsində taksi fəaliyyəti ilə məşğul olan sürücü Kənan Abdullayevin idarə etdiyi "Hyunadi Accent" markalı avtomobillə piyada zolağından keçən piyada, Bakı şəhər sakini Oktay Güləliyev vurulub. Bu barədə DİN-dən məlumat daxil olub.

Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən hadisə yerinə və nəqliyyat vasitəsinə baxış keçirilmiş, sürücü K.Abdullayevinizahatı alınıb, sərxoşluq və narkoloji müayinələrdən keçirilib.

Sürücü qəza nəticəsində xəsarət almış piyadanı öz avtomobili ilə Kliniki Tibbi Mərkəzə ("Semaşko") çatdırıb. İlkin tibbi yardım göstərilsə də, onu tomoqrafiya olunması 5 saat gecikdirilib. Qəzadan bir gün sonra O.Güləliyev oradan "City Hospital"a köçürülüb və qırılmış kəllə sümüyü götürülüb, qansızma dayandırılıb. Əməliyyatdan iki gün sonra O. Güləliyev Respublika Neyrocərrahiyyə Xəstəxanasına köçürülüb.

Oktay Güləliyevin ailə üzvləri isə bildirir ki, qəsdli şəkildə əməliyyat 14 saat yubadılıb. 

Top
JoomlaLock.com All4Share.net