Yunus Səfərov və Ağa Sərxaninin təmsil olunduğu qrupun məhkəməsi başlayır
Featured

21 Dekabr 2019

2020-ci ilin ilk ayından başlayaraq Gəncə işi ilə bağlı daha bir qrupun məhkəmə prosesi start götürəcək.

Vetenugrunda.az-a məhbusların yaxınlarının verdiyi xəbərə görə, 2020-ci il yanvarın 7-də saat 10:00 tarixdə aşağıda adları çəkilən şəxslərin təmsil olunduğu 12 nəfərlik qrupun Gəncə Ağır Cinayətlər kollegiyasının sədirliyi ilə Sabunçu rayon məhkəməsində məhkəmə prosesi başlayacaq. 

1.Səfərov Yunis Rafiq oğlu

2.Əzizov Mahir Əziz oğlu
3.Abdullayev Hamlet Ramiz oğlu
4.Əliyev Akif İsmayıl oğlu
5.Mustafayev Rasim Hafiz oğlu
6.Qurbanov Ceyhun Ələkbər oğlu
7.Zeynalov Firudin Etibar oğlu
8.Zalov Cəfər Mürsəl oğlu
9.Məmmədov Vüqar Vaqif oğlu
10.Salahov Ceyhun İsrail oğlu
11.Bağırov Anar İslam oğlu
12.Sərxani Ağa Hüseyin oğlu.

Siyahıda adı çəkilən Anar Bağırov və Ağa Sərxani istintaqsız, məhkəməsiz, yaşadığı evində güllələnib. 

Xatırladaq ki, 2018-ci il iyul ayının 3-də Yunis Səfərov Gəncə Mərkəzi univermağının qarşısında Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə silahlı hücum edərək onu güllələləyib. Yunis Səfərov polis tərəfindən həbs edilib, Elmar Vəliyev isə aldığı xəsarətdən müalicə olunmaq üçün İsrailə aparılıb.

Daha sonra Yunus Səfərovun polis idarəsində vəhşicəsinə işgəncə nəticəsində qanlı, göyərmiş şəklini internetdə yayılması həm yerli əhalidə, həm də ölkədə geniş narazılğa səbəb oldu. İyulun 10-da Gəncədə baş tutan aksiyada iştirak edənlər icra başçısı Elmar Vəliyevin xalqın inancını,dinin təhqir etməsinə, Şəhid anasını aşağılamasına, Aşura günü İmamzadə məscidini bağlayaraq, yerli əhalinin mərasim keçirməsinə mane olmasına, tədbirlərdə ağsaqqalları, ağbirçəkləri təhqir etməsinə etiraz ediblər. Lakin aksiyada iştirak edənləri və hətta bu aksiyadan xəbərsiz olanları 10 iyuldan başlayaraq həbs ediblər. Gəncə məhbuslarının anaları və yaxınları bildirirlər ki, bəzilərini hətta oğurlayıblar. Yaxınları günlərlə axtarmalı olub. Daha sonra Gəncə işi üzrə başlayan məhkəmələr zamanı bəlli oldu ki, istintaqın gedişində tutlanlara heç bir günahı sübut olunmadığı halda ağlasığmaz işgəncələr verilib.

Gəncə olayları 10-a yaxın insanın ölümü ilə nəticələndi. Gəncə məhbuslarına verilən işgəncələr və sifarişli məhkəmə qərarlarını beynəlxalq hüquq təşkilatları pisləyib və Gəncə məhbuslarını siyasi məhbus kimi tanıyıb.

İndiyə qədər Gəncə məhbuslarından 10 nəfər azad edilib. Bunlar Rauf Qurbanzadə, Mireşqin Seyidov, Kamal Məmmədtağıyev, Qadir Hüseynov, Nemət Heydərli, Elvin Əliyev, Şahin Verdiyev, Elmir Hüseynzadə, Vüqar Yusifov, Emil Məmmədovdur. Qeyd edək ki, Emil Məmmədov həbs edilərkən yetkinlik yaşına çatmamışdı.

Top
JoomlaLock.com All4Share.net