İnanclıların Hüquqları necə qorunur?-HESABAT
Featured

01 Yanvar 2020

2019-cu ildə inanclıların hüquqları hansı şəkildə qorunub? Bu barədə İnanclıların Hüquqlarının Müdafiə Komitəsi illik hesabatını təqdim edib.

Vetenugrunda.az-ın verdiyi xəbərə görə, Komitə Qarabağın Azadlığı Uğrunda İslami Müqavimət Hərəkatının (QAUİMH) ofisində baş tutan tədbirində inanclıların, həbs edilmiş inanclıların və siyasi məhbusların yaxınlarını, media nümayənədlərini, hüquq müdafiəçilərini və ölkənin ictimai-siyasi fəallarını bir araya yığıb.

QAUİMH sədri, Qarabağ qazisi Rövşən Əhmədli tədbiri açaraq 2019-cu ildə həm inanclıların, həm də digər siyasi məhbusların pozulmuş hüquqlarının müdafiəsinə təkcə ölkə ərazisində deyil, eyni zamanda beynəlxalq insan haqları təşkilatlarında da müdafiə edildiyini bildirib. O, bu işdə zəhməti olan hər kəsə məhbus ailələri və hüquq müdafiəçiləri adından təşəkkür edib: "Əslində bu tədbir inanclıların hüquqlarının müdafiəsinə həsr edilsə də, ümumilikdə, peşə fəaliyyətinə, siyasi və ictimai fəaliyyətinə görə həbsdə olan şəxslərin müdafiəsinin təşkilindən danışmaq istəyirəm. İnanclıların Hüquqlarının Müdafiəsi Komitəsinin həmsədri, kinorejissor, Azərbaycan Ziyalıları Birliyinin sədri Eldəniz Quliyevə də bu sahədə göstərdiyi fəaliyyətə görə təşəkkür edirik.

2019-cu il Azərbaycanda cəzaçəkmə müəssisələrində və istintaq altında olan insanlara verilən işgəncələr dünyadakı insan haqlarının müdafiəsi ilə məşğul olan təşkilatları da narahat etdi. İşgəncə altında öldürülənlərin sayı bu il də digər illərlə müqayisədə daha çox oldu".

Hüquq müdafiəçisi R.Əhmədli daha sonra Nardaran, Tərtər və Gəncə olaylarına toxundu: "Gəncədə baş verən olaylarla bağlı həbs edilənlərin məhkəmə prosesi Sabunçu Rayon Məhkəməsində baş tutdu və ədalətsiz məhkəmə qərarlarının şahidi olduq.

Eyni zamanda Tərtər hadisələrinin istintaq materialları ilə tanış olanda dəhşətə gəldim. Tərtər məhbuslarının başına gətirilən dəhşətli işgəncələr bəlkə də bəşər tarixində bir ilk idi".

Daha sonra R.Əhmədli ölkədə insan haqlarının müdafiəsinin təşkilində Repressiya və İşgəncələr Əelyhinə Komitəyə və Komitə üzvlərinə göstərdikləri fəaliyyətə görə təşəkkür edib.

O, 2019-cu ildə cəzaçəkmə müəssisələrindəki məhbuslarla hüquq müdafiəçilərinin görüşündən də danışdı: "İl ərzində hüquq müdafiəçisi Eldəniz Quliyevlə Qobustanda, 2, 6, 15 və 17 saylı Cəzaçəkmə Müəssisəində olduq. Məhbusların saxlanma şəraiti ilə tanış olduq və onların problemlərinin həllinə nail olmağa çalışdıq. Onu da qeyd edim ki, bu gün siyasi məhbusların 60 faizini inanclılar təşkil edir".

Hollandiyada mühacir həyatı yaşayan hüquq müdafiəçisi, Sülh və Demokratiya İnstitutunun rəhbəri Leyla Yunusun siyasi məhbusların, eyni zamanda inanclı məhbusların hüquqlarının müdafiəsinin təşkilində göstərdiyi nümunəvi fəaliyyətini alqışlayan hüquq müdafiəçisi R.Əhmədli onun bu sahədə çəkdiyi zəhmətin gözəl bəhrə verdiyini qeyd etdi: "Bu məsələlərlə bağlı ciddi beynəlxalq təzyiqlər var. Hazırda Hollandiyada mühacir həyatı yaşayan hüquq müdafiəçisi Leyla xanım Yunus 135 nəfərdən ibarət siyasi məhbus siyahısını Avropa Şurası Parlament Assambleyasının Hüquqi İşlər və İnsan Hüquqları Komitəsinə təqdim edib. Bu 135 nəfər bu günləri həmin qurum tərəfindən qəbul edilib. Hələ bundan əlavə 30-40 nəfər monitorinq altındadır.

Eyni zamanda Gəncə işi üzrə həbs edilənlərin məhkəməsi başa çatmayıb. Yanvar ayında bu iş üzrə həbs edilən daha bir qrupun məhkəmə prosesi başlayacaq. Yəqin ki bu insanların və Tərtər məhbuslarının bu siyahıya əlavə edilməsi gözlənilir.

Onu da qeyd edək ki, Tərtər işi zamanı 9 nəfər işgəncə altında öldürülüb".

Daha sonra Azərbaycan Ziyalılar Birliyinin sədri, kinodramaturq Eldəniz Quliyev İnanclıların Hüquqlarının Müdafiəsi Komitəsinin həmsədrlərindən biri olaraq, 2019-cu ildə cəzaçəkmə müəssisələrində siyasi məhbuslarla görüşündən və Avropada insan haqları ilə bağlı keçirdiyi görüşlərindən danışdı.

2019-cu il ərzində İnanclıların Hüquqlarının Müdafiəsi Komitəsinin həmsədrləri Rövşən Əhmədli və Eldəniz Quliyev Qobustan qapalı həbsxanasında cəza çəkən inanclı məhbuslar, Azərbaycan İslam Partiyasının sədri doktor Mövsüm Səmədovla, Müsəlman Birliyi Hərəkatının sədri, Nardaran məhbusu Tale Bağırzadə, Nardaran məhbusu Cabbar Cabbarlı ilə görüşdüklərini bildirdi.

Həmsədrlər 2 saylı Cəzaçəkmə Müəssisəsində cəzaya məhkum edilən Naradaran məhbusu Ramin Yarıyevlə, 17 saylı Cəzaçəkmə Müəssisəsində Gəncə məhbusu Elman Quliyevlə və digərləri ilə olan görüşlər zamanı məhbusların saxlanma şəraiti və hüquqlarından yararlanmağı ilə bağlı apardıqları müşahidələrin bəhrə verdiyini bildirdilər.   

Arzu Abdulla Gulzaman adlı şəxsin şəkli.

Şəhla Rəhimova

Hüquq Müdafiəçisi, siyasi məhbus Fuad Əhmədlinin atası Zəfər Əhmədov, Milli Mədəniyyətin Təbliği İctimai Birliyinin sədri Jalə Cəfərova, Gəncə olayları zamanı istintaqsız, məhkəməsiz qətlə yetirilən Muraz Rəhimovun anası Şəhla Rəhimova, Azərbaycan İslam Partiyasının Qadınlar Şurasının sədri, Əsgər Analarına Dəstək İB-nın rəhbəri, ilahiyyatçı Növrəstə İbrahimova, Müsəlman Birliyi Hərəkatının fəallarından olan Əbdülxaliq Cəfəri, İslam Partiyasının funksioneri, keçmiş siyasi məhbus Elmar Səmədov, Tərtər məhbusu Emin Əliyevin atası Nasir Əliyev, Nardaran məhbusu Ağaəli Yəhyayevin bacısı Elnara Eldar çıxış edərək ölkədəki siyasi-sosial durumu və siyasi məhbus ailələrinə, məhbuslara qarşı olan xoşagəlməz münasibətləri müzakirə etdilər. Eyni zamanda çıxışçılar siyasi məhbusların hüquqlarının müdafiəsinin təşkilindən danışdılar.

Arzu Abdulla Gulzaman adlı şəxsin şəkli.

Arzu Abdulla Gulzaman adlı şəxsin şəkli.

Arzu Abdulla Gulzaman adlı şəxsin şəkli.

Top
JoomlaLock.com All4Share.net