Yunus Səfərovun məhkəməsində vəkil Cavad Cavadov təhdid edildi
Featured

08 Yanvar 2020

Yunus Səfərovun vəkili Elman Ağayev Anar Bağırovun vəkili Cavad Cavadovu hədələdi.

Vetenugrunda.az-ın verdiyi xəbərə görə, yanvarın 7-də Sabunçu Rayon Məhkəməsində Gəncə işi üzrə təqsirləndirilən 12 nəfərlik qrupun ilkin hazırlıq iclası baş tutub. Vəkillərin, məhkəmə kollegiyasının, medianın, hüquq müdafiəçilərinin və təqsirləndirilən şəxslərin yaxınlarının, eyni zamanda ictimai fəalların iştirak etdiyi məhkəmədə ilk dəqiqələrdən gərginlik müşahidə edilib.

2018-ci ilin 3 iyulunda Gəncənin o vaxtkı icra başçısı Elmar Vəliyevi güllələyən Yunus Səfərov məhkəmə zalında dindirilərkən hökumətin ona təyin etdiyi vəkili Elman Ağayevdən imtina etdiyini bildirib. O, bir-neçə dəfə bu fikirini təkrarlayıb.

Vəkil Elman Ağayev

12 nəfərlik qrupda təmsil olunan, Gəncə olayları zamanı məhkəməsiz, istintaqsız, Bakıda kirayədə qaldığı evində qətlə yetirilən Gəncə sakini Anar Bağırovun vəkili Cavad Cavadov prosesə sədrlik edən Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Natiq Əliyevin diqqətinə Yunus Səfərovun vəkilindən imtina etdiyi üçün artıq müdafiəsiz qaldığını çatdırıb. Bu zaman Yunus Səfərovun vəkili Elman Ağayev C.Cavadovu təhqir və təhdid edərək "Səni oturdaram yerində" deyə qışqırıb. Cavad Cavadov isə öz növbəsində hakimə proses zamanı təhdid edildiyini bildirib. 

Top
JoomlaLock.com All4Share.net