Print this page

Oktay Güləliyevin beyninə su yığılıb-Əməliyyat olunacaq
Featured

09 Yanvar 2020

Hüquq müdafiəçisi Oktay Güləliyev yanvarın 10-da yenidən əməliyyat olunacaq.

Vetenugrunda.az-ın verdiyi xəbərə görə, bu barədə onun oğlu Əli Güləliyev sosial şəbəkədə məlumat paylaşıb: "Atam Oktay Gülalıyevlə bağlı son durum:

Atamın durumunda müsbət gəlişmələr olmasına baxmayaraq, həkiminin etdiyi ağrıoyadıcıya atam hərəki cavab çox zəif verdiyindən, dünən yox öncəki gün MRİ etdilər. Nəticəsini görə beynində akut hidrosefali (kəskin sürətdə su artması) yaranıb.

Bu səbəbdən sabah tezdən atam növbəti dəfə əməliyyat ediləcək. Beynində olan artıq suyun təmizlənməsi üçün başına şunt qoyulacaq. İnşAllah əməliyyat uğurlu keçər. Xoş xəbərlər vermək ümidi ilə"

Xatırladaq ki, hüquq müdafiəçisi, Repressiya və İşgəncələr Əleyhinə Komitənin kordinatoru Oktay Güləliyevoktyabrın 29-da piyada zolağında yolu keçərkən avtomobillə vurulub. Bu barədə DİN-in verdiyi açıqlamada deyilir: "Oktyabrın 29-da saat 17:20 radələrində paytaxtın Nəsimi rayonu ərazisində - 28 May küçəsi ilə Puşkin küçələrinin kəsişməsində taksi fəaliyyəti ilə məşğul olan sürücü Kənan Abdullayevin idarə etdiyi "Hyunadi Accent" markalı avtomobillə piyada zolağından keçən piyada, Bakı şəhər sakini Oktay Güləliyev vurulub. Bu barədə DİN-dən məlumat daxil olub.

Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən hadisə yerinə və nəqliyyat vasitəsinə baxış keçirilmiş, sürücü K.Abdullayevinizahatı alınıb, sərxoşluq və narkoloji müayinələrdən keçirilib.

Sürücü qəza nəticəsində xəsarət almış piyadanı öz avtomobili ilə Kliniki Tibbi Mərkəzə ("Semaşko") çatdırıb. İlkin tibbi yardım göstərilsə də, onu tomoqrafiya olunması 5 saat gecikdirilib. Qəzadan bir gün sonra O.Güləliyev oradan "City Hospital"a köçürülüb və qırılmış kəllə sümüyü götürülüb, qansızma dayandırılıb. Əməliyyatdan iki gün sonra O. Güləliyev Respublika Neyrocərrahiyyə Xəstəxanasına köçürülüb.

Oktay Güləliyevin ailə üzvləri isə bildirir ki, qəsdli şəkildə əməliyyat 14 saat yubadılıb.

Related items