İlkin Süleymanov Bakıya gətirilib
Featured

12 Yanvar 2020

İtkin düşdükdən 45 gün sonra tapılan 10 yaşlı Nərmin Quliyeva cinayətində şübhəli şəxs kimi saxlanan 47 yaşlı kənd sakini İlkin Süleymanov Bakıya gətirilib.

İlkin Süleymanovun işi Bakı Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində araşdırılacaq. 

İlk dindirmə zamanı İ.Süleymanov Nərmini necə saxladığını və onu saxladığı müddətdə etdiyi rəftar haqqında danışıb. 

YADDAŞ

Tovuz rayonunun Dondar Quşçu kəndinin sakini 10 yaşlı Nərmin Şərif qızı Quliyeva 2019-cu il 21 noyabr tarixində itkin düşüb. Atası o günü belə xatırlayır: "Hadisə qardaşımın uşağının toyundan bir gün sonra-21 noyabrda olub. Gödəkçəm qardaşımgildə qalmışdı.

Qızımı göndərdim ki, getsin mənim gödəkçəmi gətirsin. Gödəkçəni evdən götürüb küçəyə çıxandan sonra da yoxa çıxıb".

Nərminin meyiti 2020-ci ilin 6 yanvar tarixində tapılıb. Onun meyitini evlərinin yaxınlığında yandırıblar.

Aparılan axtarışlar zamanı şübhəli şəxs qismində saxlanan İlkin Süleymanov barəsində 2 aylıq həbs qətimkan tədbiri seçilib. 

Top
JoomlaLock.com All4Share.net