Gəncə məhbuslarının yaxınları: "Müxalifətə qoşulacağıq"-VİDEO
Featured

15 Yanvar 2020

Gəncə olayları ilə bağlı həbs edilənlərin yaxınları 15 yanvar tarixində Prezident Aparatına (PA) iki dəfə yürüş ediblər.

Vetenugrunda.az-a şikayətçilərin verdiyi xəbərə görə, onlara qarşı zorakılıq edərək ərazidən uzaqlaşdırıblar və onların Ali Məhkəməyə şikayət etmələrini məsləhət görüblər. Şikayətçiləri Ali Məhkəmədən Ədliyyə Nazirliyinə yönləndiriblər.

Ədliyyə Nazirliyinin qarşısında şikayətçilərin başına gələnləri əməkdaşımız lentə alıb.

 

Daha sonra valideyinləri yenidən Prezident Aparatına yönləndiriblər. Şikayətçilərin yürüşünü işıqlandıran jurnalistlər Vüsalə Rüfətə və vetenugrunda.az-ın əməkdaşı Arzu Abdullaya qarşı polislər zorakılıq edərək, onları itələyib, ərazidən qovublar. Polislər jurnalistləri İçərişəhər metrosuna qədər təqib ediblər.

Şikayətçilərdən bir-neçə nəfəri Prezident Aparatında qəbul ediblər.

 

Top
JoomlaLock.com All4Share.net