Çingiz Qənizadə seçicilərinin qarşısında rüsvay oldu-VİDEO
Featured

19 Yanvar 2020

Seçicilərlə görüşdə deputatlığa namizəd Çingiz Qənizadə rəzil duruma düşdü

80 saylı İmişli-Beyləqan seçki dairəsindən deputatlığa namizədliyini irəli sürmüş Çingiz Qənizadə seçiciləri ilə görüşdə əslində heç bir platformasının olmadığını sübut edib.

Vetenugrunda.az-ın verdiyi xəbərə görə, o, seçicilərinin problemlərini dinləmək əvəzinə verdiyi məntiqsiz tövsiyyələri ilə onları qıcıqlandırıb.

Sizə təqdim etdiyimiz video yayıldıqdan sonra mətbuata açıqlama verən sabiq deputat deyib ki, guya onun rəqibləri Qarabağ qazilərini öyrədib təxribat hazırlayıb: "Bu hadisə dünən yox, o biri gün, İmişli rayonunun Qızılkənd kəndində baş verib. Digər namizədlərin öyrətdiyi 8-9 nəfər görüş başlamazdan əvvəl öndə dayandı və mən görüşü başlamamış onlar "Mən Qarabağda vuruşmuşam 80 manat pensiya alıram, dolana bilmirəm; uşaq pulu niyə verilmir?" kimi ifadələr işlədərək irad bildirməyə başladılar. Bundan sonra digərləri də səs-küy salmağa başladı. Ancaq bu 3 dəqiqə çəkdi. Ətrafda olan bir neçə nəfər bu hadisəni lentə almağa başladı. Daha sonra kənd camaatı onları ərazidən uzaqlaşdırdı. Bundan sonra mənim görüşüm yüksək səviyyədə davam etdi və bununla bağlı mətbuatda yazılar yayımlandı..."

Qeyd edək ki, Çingiz Aşralı oğlu Qənizadə (1 avqust 1957, Ağdaş rayonu) 1989-1990-cı illər Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində şöbə rəisinin müavini, 1990-1992-ci illərdə Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü, 1992-1993-cü illərdə Bakı şəhər prokuroru vəzifələrində çalışmışdır.

1995-ci ildən Demokratiya və İnsan Hüquqları Komitəsinin sədridir. 80 saylı İmişli-Beyləqan seçki dairəsi üzrə Dördüncü (2010-2015) və Beşinci (2015-2020) Çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatıdır.

Top
JoomlaLock.com All4Share.net