Yunis Səfərovla bir dəfə danışdığına görə həbs edildi
Featured

22 Yanvar 2020

Gəncə hadisələri ilə bağlı axtarışda olan və Rusiyada saxlanan Yusif Sadıqov 21 yanvar tarixində Kürdəxanı qəsəbəsində yerləşən 1 saylı Bakı İstintaq Təcridxanasına gətirilib.

Vetenugrunda.az-a verilən məlumata görə Yusif Sadıqov Gəncə olayları ilə bağlı 2018-ci ildə saxlanılıb və bir müddət sonra sərbəst buraxılıb.

O, saxlanılarkən polis idarəsində ona Gəncənin keçmiş icra başçısı Elmar Vəliyevi güllələyən Yunus Səfərovla toylardan birində çəkdirdiyi şəkili göstərərk əlaqələrini axtarıblar. Lakin bəlli olub ki, aralarında ancaq bir dəfə telefon danışığı olub. Yusif Sadıqov telefon danışığı zamanı deyib ki, məni bu məsələlərə qarışdırmayın. Polis idarəsində 3 gün saxlandıqdan sonra, isintaq bu mesajı əldə edib və o sərbəst buraxılıb.

Yusif Sadıqov Rusiyaya gedib. O, Rusiyada saxlanılaraq paytaxt Moskva şəhərindəki təcridxanaya aparılıb. 

Yusif Sadıqovun Şəmkirdə ingilis dili müəllimi kimi fəaliyyət göstərdiyi deyilir. 

Top
JoomlaLock.com All4Share.net