Dövlətin 10 milyon manat xərclədiyi sistem bir günə çökdü
Featured

22 Yanvar 2020

"Bu gün çökən sistemin qurulmasına 10 milyon manat xərclənib"

Vetenugrunda.az-ın verdiyi xəbərə görə, bu fikirləri ekspert Osman Güzdüz sosial şəbəkədəki hesabında açıqlayıb:

"Bir az öncə İTV -nin saat 21.00 üçün Xəbər Proqramını izləyirdim.

İpoteka Fondunun kirayə mənzil mexanizmi ilə bağlı İTV-nin hazırladığı reportaja baxdım və çox təəssüfləndim.

Məlum olduğu kimi vətəndaşlar bu gün bu layihəyə müraciət edə bilmədilər, çünki e-ipoteka sistemi müraciətlərə tab gətirməyərək çöküb.

İTV bu ictimai əhəmiyyətli dövlət layihəsi ilə bağlı ala-yarımçıq, bəsit və ictimai yayımın prinsiplərini kobud surətdə pozan bir reportaj verdi.
Son zamanlar öz reytinqini xeyli qaldıran, plüralizmi xeyli canlandıran İTV nə üçün belə yanaşdı, düzü anlamadım.

İTV fərqində olmalıydı ki, uzun müddət hazırlıq görülən, 10 milyonlarla ictimai vəsait xərclənən və ictimai maraq dairəsində olan bir dövlət layihəsinin bu gün uğursuz startı cəmiyyətin maraq dairəsindədir .

Bu baxımdan reportajda hətta aidiyyatı dövlət qurumlarının, ekspertlərin , digər maraqlı tərəflərin , sistemi hazırlayan şirkətlərin sistemin çökməsi ilə bağlı baxışları təqdim edilməliydi.

Təəssüf ki İTV -nin reportajından məlum olmadı ki nə baş verib, milyonlarla ictimai vəsait xərclənən sistemi kim hazırlayıb və nə üçün çöküb, nə üçün İpoteka Fondu aidiyyatı dövlət qurumlarlnın tövsiyyəsini qulaqardına vuraraq sistemə start verib , nə üçün sistem audit olunmayıb, nə üçün eGov sektorunda bu tip hadisələr təkrarlanır və s.
Ümid edirəm İTV rəhbərliyi nəzərə alacaq".

Top
JoomlaLock.com All4Share.net