Fərəc Quliyevin babasının qulağını niyə kəsiblər?
Featured

05 Fevral 2020

"Qaçaqları Fərəc Quliyevin babası satıb, onlar da kişinin qulaqlarını kəsiblər"

Jurnalist Eynulla Fətullayev deputatlığa namizəd Fərəc Quliyevin babası ilə bağlı sensasion faktı açıqlayıb.

E.Fətullayev facebook sosial şəbəkəsindəki hesabında ordubadlıların Fərəc Quliyevin babası haqqında verdiyi maraqlı tarixçəni paylaşıb:

"1930-cu illərdə Ordubadda hələ də Sovetləri qəbul etməyib, silaha sarılan qaçaq bəylər mübarizə aparırmış. Ara-bir İrana keçib, qayıdıb yeni quruluşa qarşı partizan müharibəsi taktikasında. istifadə edirmişlər. Lakin günlərin bir günü NKVD-nin cəsusu Quliyevin babası qaçaqların gizləndiyi yeri göstərir, onları satır. Qaçaqlar silahlı müqavimət göstərir, çoxu döyüş meydanında qəhrəmancasına həlak olur. Digərləri həbs olunur və sürgünə göndərilir. Onlardan biri and içir ki, nə zamansa satqını cəzalandıracaq. İllər keçdikdən sonra qaçaqların biri sürgündən Ordubada qayıdır... Və Fərəc Quliyevin babasını yaxalayır, qulaqlarını kəsir, mismarla ağaca taxır... özünü isə öldürür... Genetikaya dərin inam və ehtiramla!"

P.S

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq

Top
JoomlaLock.com All4Share.net