Hakim: "Sizin acınızı anlayıram, amma nəyisə dəyişmək imkanım yoxdur"
Featured

07 Fevral 2020

Fevralın 6-da Gəncə olayları ilə bağlı qətlə yetirilən Anar Bağırovla bağlı növbəti məhkəmə prosesi keçirilib.

Bu barədə vetenugrunda.az-a onun yaxınları məlumat verib.

Binəqədi Rayon Məhkəməsində keçirilən prosesdə bacısı Aynur Bağırova iştirak edib. Məhkəmədə 2018-ci il 20 iyul tarixində Anar Bağırovun kirayədə yaşadığı Binəqədi Rayon Xocahəsən qəsəbəsi, Yeni Yol-ev 12 b ünvanında yerləşən mənzildə qətlə yetirilməsi ilə bağlı anası Bağırova Kifayət Mustafa qızı tərəfindən verilən şikayətə baxılıb.

Məhkəməyə Binəqədi Rayon Məhkəməsinin hakimi Vüqar Məmmədov sədrlik edib. Hakim işə xitam verib. O, vəkil Cavad Cavadovun qaldırdığı vəsatətlərin heç birini təmin etməyib. Hakim Anar Bağırovun bacısına üzürxahlıq edib: "Məni başa düşün. Sizin acınızı anlayıram Amma heç nəyi dəyişmək imkanında deyiləm".

YADDAŞ

Anar Bağırov 1975-ci ilin 14 iyunda Gəncə şəhərində anadan olub. Gəncədə 30 saylı orta məktəbi bitirib.

Səyyar kitab satıcılığı ilə məşğul olub. 2017-ci il 22 iyunda onu çayçıda oturduğu zaman Kəpəz Rayon Polis İdarəsinin polisləri onu və Hamlet Abdullayevi (Hamlet Abdullayevin hazırda Sabunçu Rayon Məhkəməsində işinə baxılır. O, Yunus Səfərov və digər 12 nəfərin təmsil olunduğu qrupdadır) tutub polis idarəsinə gətiriblər. Səbəb isə Yunus Səfərovun Gəncədə yerləşən Kapital Bankın mühafizə xidmətinə hücum edib, tapançasını götürməsi ilə bağlı aparılan araşdırmalara görə saxlanan Anar Bağırovun yaxınları deyir ki, ona Kəpəz Rayon Polis İdarəsində 3 gün dəhşətli işgəncələr verilib. 3 gündən sonra onun Yunis Səfərovla heç bir əlaqəsinin olmadığını deyib, onu sərbəst buraxıblar.

2018-ci il 3 iyulunda Gəncədə Yunis Səfərov sabiq icra başçısı Elmar Vəliyevə sui-qəsd etdikdən sonra yenidən Anar Bağırovu Kəpəz Rayon Polis İdarəsinə və Gəncə Prokurorluğuna çağırıblar. Anar Bağırov ilk dəfə saxlanılarkən 3 gün ərzində aldığı dəhşətli işgəncələrin yenidən təkrarlanacağından narahat olduğu üçün çağırışa getməyib. O, Bakı şəhərinə gedir. 16 iyula qədər Sədərək ticarət mərkəzində ərzaq boşaldılan yerdə fəhləlik edir. 2018-ci il 16 iyulda Binəqədidə yaşadığı moteldə 3 gün qalıb. Orada mülki geyimli şəxs tərəfindən izlənib. 3 gündən sonra ev sahibinə deyilib ki, sənin evində qalan filankəs cinayətkardır.

20 iyul, gecə saat 22: 45 radələrində DTX silahlıları tərəfindən ev mühasirəyə alınıb.

2 DTX əməkdaşı otağa daxil olub. Onlar Anarın otaq yoldaşını həyətə çıxarıb. Bir nəfər isə Anara yaxınlaşıb. Bir neçə dəqiqədən sonra otaq yoldaşının və ev sahibi içəridən 4 güllə səsi gəldiyini eşidiblər. Yaxınlarına Anarın meyitinin şəklini göstəriblər. Onun bədənində 4 güllə izi olub.

Top
JoomlaLock.com All4Share.net