Aprel qazisi Qoşqar Hacıyev dünyadan köçdü-VİDEO
Featured

10 Fevral 2020

Aprel döyüşlərində qəhrəmanlıqla döyüşən Qoşqar Hacıyev 9 fevral tarixində müalicə aldığı "Ege" hospitalda  dünyasını dəyişib.

Vetenugrunda.az-ın verdiyi xəbərə görə, bu barədə onun yaxınları məlumat verib. 

Qeyd edək ki, Qoşqar Hacıyev döyüş tapşırığını yerinə yetirərkən düşmən tərəfindən açılan atəş nəticəsində ağır yaralanmışdı. O, gözünün birini itirmişdi. Eyni zamanda kəllə sümüyündən ciddi zədə almışdı və əməliyyat olunmuşdu. 

Qeyd edək ki, Q.Hacıyev 1986-ci ildə Mingəçevir şəhərində anadan olub. Azərbaycan Ordusunda müddətdən artıq hərbi (MAXE) qulluqçu kimi xidmət edib.

2015-ci ilin sentyabrın 2-də düşmənin kəşfiyyat-diversiya hücumunun qarşısını alarkən başından ağır yaralanıb. Onun müalicəsi yerli tibb müəssisələri ilə yanaşı, Türkiyənin Gülhanə Təhsil və Araşdırma Xəstəxanasında aparılıb.

Yaralandıqdan sonra o, "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı ilə təltif edilib. Onun medalı 2019-cu ilin aprelin 20-də Gülhanə xəstəxanasında müalicə olunan zaman ailəsinə təqdim olunub.

Ruhu şad olsun!

Top
JoomlaLock.com All4Share.net