Məntəqədə Elza Seyidcahan və bacısı döyülüb-VİDEO
Featured

10 Fevral 2020

54 saylı Şabran-Siyəzən seçki dairəsindən namizədliyini irəli sürən Əməkdar artist Elza Seyidcahan seçkilərdə baş verən saxtakarlığı ifşa edib.

Vetenugrunda.az-ın verdiyi xəbərə görə, o, "İnstagram"da canlı yayımda döyüldüyünü iddia edib:"Öz qərargahımdayam, əlimdə saxta sənədlər və vəsiqələr var. 13 saylı seçki məntəqəsində - Şabran rayon Dəvəçi kənd Mədəniyyət Evinin binasında, Məhərrəm Şakir, Məhərrəm Mehriban Nuru qızının müşahidəçi olduğu məntəqədə əlbəyaxa dava oldu. Müşahidəçiləri döydülər. Orada məntəqə sədrinin alt paltarından Qurbanov Sadiqin adının yazıldığı saxta sənədlər çıxdı".

Top
JoomlaLock.com All4Share.net