"İsrail Azərbaycanın seçki təcrübəsindən yararlanmaq istəyir"
Featured

12 Fevral 2020

İsrail Azərbaycanın seçki təcrübəsindən yararlanmaq istəyir: "Bizdə belə şeylər yoxdur"

İsrail seçkilərin keçirilməsində Azərbaycanın təcrübəsindən yararlana bilər. Bunu israilli müşahidəçi, jurnalist Boris Belodubrovski deyib.

O bildirib ki, sakinlər vətəndaşlıq borcunu yerinə yetirmək üçün seçki məntəqələrinə gəlir.

B.Belodubrovskinin sözlərinə görə, üç həftə sonra İsraildə seçkilər olacaq və bununla əlaqədar ölkə seçki prosesində digər dövlətlərin təcrübəsindən yararlana bilər: "Mən burada İsraildə olmayan maraqlı məqamları müşahidə etmişəm. Məsələn, girişdə seçicilərin barmağını xüsusi maye ilə işarələyən şəxs. Bizdə belə bir şey yoxdur".

O, həmçinin öz müşahidələri barədə danışıb: "Mən seçicilərdən biri ilə danışdım. O, öz vətəndaşlıq borcunu yerinə yetirdiyini dedi və bildirdi ki, ölkədəki vəziyyətə təsir göstərə bilmək üçün bu hüququndan istifadə edir".

Top
JoomlaLock.com All4Share.net