4 milyonluq villa satışa çıxarıldı
Featured

13 Fevral 2020

Bakıda satışda olan ən bahalı və ən ucuz mənzillərin qiyməti və yerləşdiyi ərazi məlum olub.

"MBA Group" konsaltinq şirkətinin direktoru Nüsrət İbrahimov Trend-ə deyib ki, rəhbərlik etdiyi qurumun portfelində ötən ay Bakıda ən bahalı mənzil Nərmanov rayonunda qeydə alınıb.

Onun sözlərinə görə, bu rayonda yeni binada yerləşən 285 kvatratmetr sahəsi olan 4 otaqlı mənzilin qiyməti 1 850 000 manat olub. N.İbrahimov bildirib ki, ən ucuz mənzil qiyməti isə Qaradağ raynunda 4 otaqlı, təmirli və "Leninqrad" layihəsi olan mənzil olub, qiyməti 40 min manat təşkil edib.

N.İbrahimov vurğulayıb ki, ən bahalı həyət evi isə 4 milyon manat dəyərində Binəqədidə Heydər Məscidinin yaxınlığında yerləşən və 600 kvadratmetr sahəsi olan villa olub.

Top
JoomlaLock.com All4Share.net