Əlövsət Əliyev azadlığa buraxıldı
Featured

13 Fevral 2020

"Leqat" Hüquq Mərkəzinin rəhbəri, sabiq polis rəisi xalq şaii S.Rüstəmxanlının qardaşı Əlövsət Əliyev azadlığa buraxılıb.

Vetenugrunda.az-ın verdiyi xəbərə görə, bu barədə onun oğlu Türkel Rüstəmxanlı sosial şəbəkədə məlumat yayıb. O, atasının azadlğqda olduğunu bildirib: 

"Vəkillərin verdiyi məlumata görə, hər şey qanun çərçivəsində olub. Araşdırma başa çatıb və Ə.Əliyevin tələbi təmin edilib".

S.Rüstəmxanlı onu da qeyd edib ki, hələ Ə.Əliyev saxlanılarkən bunun anlaşılmazlıq olduğunu bildirmiş və alman polisinin ədalətli araşdırma aparacağına, nəticədə onun azad olunacağına əminliyini bildirmişdi.

Qeyd edək ki, ötən il Almaniyada polis "miqrant alveri" ilə məşğul olan azərbaycanlılardan ibarət dəstəyə qarşı əməliyyat keçirmişdi. Saxlanılan azərbaycanlılar arasında Əlövsət Əliyev də var idi.

Top
JoomlaLock.com All4Share.net