Zəlzələdə itkin düşən dənizçinin meyiti tapılıb
Featured

10 Noyabr 2016

Dərinsulu Günəşli platformasının dibinə enən avtomatik idarə edilən xüsusi dalğıc qurğusu burada uniformalı geyimdə insan aşkarlayıb

Xəbər verildiyi kimi, "Azəri-Çıraq-Günəşli" yatağının işlənməsi layihəsi çərçivəsində noyabrın 8-də səhər saatlarında Dərinsulu Günəşli platformasındakı qazma podratçısının bir işçisinin itkin düşdüyü "BP-Azerbaijan" şirkəti tərəfindən elan olunmuşdu.

"Turan"ın neft dairələrindən əldə etdiyi məlumatlara görə, həmin şəxs Britaniyanın "KCA-Deutag" şirkətində qazmaçı vəzifəsində çalışırmış.

Qazmaçının cəsədi noyabrın 10-da xüsusi dalğıc qurğusunun apardığı axtarış nəticəsində Dərinsulu Günəşli platformasının altından tapılıb. Burada suyun dərinliyi 120 metrə yaxındır.

"KCA-Deutag" şirkəti 1995-ci ildən Azərbaycanda fəaliyyət göstərir və istismar quyularının layihələndirilməsi və onların qazılması sahəsində BP şirkətinin Xəzər əməliyyatlarında baş podratçısıdır.

Top
JoomlaLock.com All4Share.net