Daha bir kəndimizlə əlaqə kəsilib-VİDEO
Featured

19 Oktyabr 2016

İki gün öncə kəndlilərin anbaan izlədikləri torpaq sürüşməsi bir saat davam edib.

Nəticədə uzunluğu 100 metrdən artıq sürüşmə zolağı yolun uçmasına səbəb olub. Yolun bir hissəsi kəndin Şamaxı və Qobustan, digər hissəsi ilə isə Hacıqabul rayonlarına çıxır. Sözügedən yolun hər iki çıxışında baş verən sürüşmə nəticəsində kəndilərin Şamaxı-Bakı yoluna çıxan və əks tərəfə Hacıqabul – Kürdəmir rayonlarına getmək üçün yol artıq hər iki tərəfdən bağlanıb. Sürüşmə zolağı hər gün genişlənir.

Torpaq uçqununun baş verdiyi nöqtədə 3 yaşayış evi yerləşir. Elə sözü gedən ev sahibi də artıq öz evində gecəliyə bilmir. Uçqunlar nəticəsində 130 metr torpaq qatı sürüşərək ərazidə hərəkəti tamamilə bağlayıb. İri texnikalar belə, bu yolda istifadə edə bilmirlər.

Kənd sakinləri lazımı qurumlara xəbər versə də hələlik yolda hər hansı bir iş görülməyib.(arb)

Top
JoomlaLock.com All4Share.net