Bacı-qardaşın başını kəsən cani həbs edilmədi
Featured

12 Oktyabr 2017

Günahsız ilahiyyatçılara 18-20 il həbs cəzası verən Azərbaycan məhkəmələri bir ailəni məhv etmiş canini azadlığa buraxdı.

Bakıda bacı-qardaşın başını kəsən 20 yaşlı Azər Cəfərovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs barəsində stasionar kompleks məhkəmə psixoterik ekspertizası təyin edilib.

Təqsirləndirilən şəxs Maştağada yerləşən xəstəxanaya göndərilib.

Qeyd edək ki, hadisə bu il aprelin 2-də Keşlə qəsəbəsində baş verib. Hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş Azər Cəfərov tutulub.

Saxlanılan şəxs ifadəsi zamanı əvvəlcə S.Qasımzadəni qətlə yetirərək avtomobilin yük yerinə qoyduğunu daha sonra isə ailənin digər üzvlərinin yaşadığı evə yollandığını bildirib. Amma həmin evə gələn zaman A.Cəfərov yolda ailənin böyük oğlu Fərid Qasımazadə ilə rastlaşıb və onlar birlikdə mənzilə daxil olublar.

Bir müddətdən sonra Azər qohumları ilə sağollaşaraq Fəridlə birlikdə evdən çıxıb. F.Qasımzadənin evdə olmadığına əmin olandan sonra Azər yenidən həmin mənzilə qayıdıb. Qapını isə onun üzünə L.Məmmədova açıb və A.Cəfərov bu zaman qətl hadisəsini törədib.

Saxlanılan şəxs hadisədən sonra qətlə yetirilən şəxslərin mənzilindən oğurluq da edib. O, evdən 207 ABŞ dolları və 250 manat pulu götürərək hadisə yerini tərk edib.

Top
JoomlaLock.com All4Share.net