Qatil məhbus necə qaçdı?

23 Oktyabr 2017

Şirvanda cəza çəkən məhkumlardan bir neçəsi Bakıya gətirilərkən qaçıb.

Həmin məhkumla Şirvandan Bakıya qatarla gətirilirmiş. Qatar Biləcəri stansiyasında dayanan zaman onlardan bir neçəsi qaçmağa nail olub.

Hüquq-mühafizə orqanlarından apa-ya verilən məlumata görə, Biləcəri stansiyasında qatardan qaçan məhbuslar – 1980-cı il təvəllüdlü Etibar Ələkbər oğlu Məmmədov və 1983-cü il təvəllüdlü Əli Rasim oğlu Ağamidir.

E. Məmmədov Cinayət Məcəlləsinin 234.4.3-cü (külli miqdarda narkotik vasitələrin satışı), Ə. Ağami isə Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə) və 228-ci (qanunsuz olaraq odlu silah saxlama) maddələri ilə ittiham olunaraq həbs olunublar.

Şirvan şəhərinə aparılarkən qaçan məhkumlardan biri, Əli Ağami kriminal aləmə yaxın şəxsdir.

O, və qardaşı Zaur Ağami "Masallı Mamed"lə "Qoca" ləqəbli Etibar Hacıqabulinskinin qruplaşmasına daxil olub. Bu barədə qafqazinfo məlumat yayıb. 

Məlumatda deyilir ki, Ə.Ağami isə 2015-ci il noyabrın 5-də Şirvanda keçirilən "razborka"dan sonra saxlanılıb. Həmin görüşdə "Kritoy Elvin" kimi tanınan Elvin Nəciyev Zaur Sarıbalayevi güllələyərək öldürüb. Elə həmin görüşdə Əli Ağami Elvin Nəciyevi güllələyib, o da xəstəxanaya aparılarkən vəfat edib. O, ikinci pasportla sərhədi keçməyə cəhd edib. Belə ki, Ə.Ağami həm də "Abdulla" kimi tanınır. Bir pasportda o "Ağami Əli Rasim oğlu" kimi, digər pasportda isə "Hüseynov Abdulla Rasim oğlu" kimi qeydiyyata alınıb.

Ə.Ağami ölkədən çıxarkən saxlanılıb.

Hazırda qaçan məhkumların axtarışı davam edir.

Qaçan məhkumlardan biri “Qoca”nın adamıdır

Top
JoomlaLock.com All4Share.net