Həftəsonu ölkədə 18 qəza olub - 5 ölü, 15 yaralı

23 Oktyabr 2017

İstirahət günləri respublika ərazisində baş verən yol-nəqliyyat hadisələrinin statistikası açıqlanıb.

Baş Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, şənbə-bazar günləri respublikanın avtomobil yollarında 18 yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Nəticədə 5 nəfər ölüb, 15 nəfər xəsarət alıb.

Ölümlə nəticələnən yol qəzalarından 5-i piyadaların vurulması ilə bağlıdır. Həmin qəzalarda 4 piyada həyatını itirib.

Top
JoomlaLock.com All4Share.net