Pambıqçıları daşıyan avtobus körpüdən aşdı - Yaralılar var

27 Oktyabr 2017

Goranboyda avtobus körpüdən aşıb.

Hadisə Bakı-Qazax magistral yolunun Goranboy rayonunun Nadirkəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Pambıq sahəsindən işçiləri daşıyan avtobus körpüdən çaya aşıb. Xeyli yaralının olduğu bildirilir. Xəsarət alanlardan 4-ü Goranboy Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Faktla bağlı araşdırma aparılır.(apa)

Top
JoomlaLock.com All4Share.net