Yol qəzalarının rekord statistikası

22 Dekabr 2017

Dekabr ayının ilk 20 günlüyündə respublikanın avtomobil yollarında 87 yol-nəqliyyat hadisəsi baş verib.

Vetenugrunda.az-ın verdiyi xəbərə görə, bu statistikanı Daxili İşlər Nazirliyi paylaşıb.

Nazirliyin saytında yer alan xəbərdə deyilir ki, dekabr ayının 1-dən 20-nə qədər yol qəzalarında 48 nəfər ölüb, 94 nəfər isə xəsarət alıb.

Qeyd edək ki, bu ilin 11 ayı ərzində Azərbaycanda 1678 yol qəzası qeydə alınıb, 687 nəfər ölüb, 1583 nəfər isə yaralanıb.

Top
JoomlaLock.com All4Share.net