Radiozavodda partlayış-yanğın baş verib

06 Fevral 2018

Bu gün, fevralın 6-də Bakıda "Radioquraşdırma" İstehsalat Birliyində (Radiozavod) partlayış baş verib.

Şahidlərin bildirməsinə görə, partlayış yanğınla müşahidə olunub.

Əraziyə yanğınsöndürənlər və təcili tibbi yardım briqadaları cəlb olunub.

Yanğının genişlənməsinin qarşısı alınıb. 

Hadisə nəticəsində ölən və yaralananlar olması barədə, hələ ki, məlumat verilmir.

Zavod Müdafiə Sənayesi Nazirliyinə tabeliyindədir.

Top
JoomlaLock.com All4Share.net