6 nəfərlik ailənin qatili dəm qazıdır?

05 Mart 2018

Respublikası Baş Prokurorluğu Sumqayıtda 6 nəfərin ölümü ilə nəticələnən hadisə barədə məlumat yayıb.

Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumatda bildirilir ki, martın 4-də Sumqayıt şəhəri, 5-ci məhəllə, ev 18/11-in zirzəmisində, yaşayış yeri kimi istifadə olunan sahədə

1961-ci il təvəllüdlü Rafiq Hüseynov

1965-ci il təvəllüdlü Yeganə Hüseynova

1987-ci il təvəllüdlü Sara Rafiq qızı Hüseynova

2009-cu il təvəllüdlü Fərid Qüdrət oğlu Abbasov

2010-cu il təvəllüdlü Zenfira Qüdrət qızı Abbasova

2012-ci il təvəllüdlü Yeganə Qüdrət qızı Abbasovanın meyitlərinin aşkar olunması barədə daxil olmuş məlumat əsasında dərhal hadisə yerinə və meyitlərə məhkəmə-tibb ekspertinin iştirakı ilə prokurorluq və polis əməkdaşları tərəfindən baxış keçirilərək maddi sübutlar götürülüb və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Meyitlərin müayinəsi zamanı ilkin əlamətlərə əsasən dəm qazından zəhərlənərək ölmələri ehtimalı olduğundan fakta görə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 314.3-cü (səhlənkarlıq iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanaraq məhkəmə-tibbi və digər ekspertizalar təyin edilib.

Hazırda hadisənin baş vermə səbəblərinin və digər zəruri halların müəyyənləşdirilməsi istiqamətində təxirəsalınmaz istintaq tədbirləri davam etdirilir.

Qeyd edək ki, hadisə şahidləri ailənin Füzuli rayonundan məcburi köçkün düşdüyün və bir neçə ildir həmin binada yaşadığını deyiblər. 

Top
JoomlaLock.com All4Share.net